Gəncədə ana azyaşlı oğlu ilə birlikdə itkin düşüb

Gəncə şəhərində 26 yaşlı qadın 7 yaşlı oğlu ilə birlikdə itkin düşüb.


Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini Bəhruz Əliyev polisə müraciət edərək bildirib ki, 1987-ci il təvəllüdlü bacısı Ramilə Əliyeva 7 yaşlı oğlu Ruhin Sadıqovla birlikdə ailə üzvlərinə xəbər vermədən evdən çıxaraq bir daha geri qayıtmayıb.

 
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri