Rusiya Ukraynanı raket atəşinə tutub, yaşayış binaları dağılıb, elektrik enerjisi kəsilib


Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.

Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.  

Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib.

Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri