Mixail Mişustin: "Şimal-Cənub dəhlizi ilə yükdaşımaları 15 milyon tona çatdırmaq niyyətindəyik"
- 18.11.2022, 15:17,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya 2030-cu ilə qədər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmini 15 milyon tona çatdırmaq niyyətindədir.
Bunu Rusiya Hökumətinin sədri Mixail Mişustin noyabrın 18-də Prezident İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.
"Biz dünən 11-ci regionlararası forumda iştirak etdik. Forumda qarşılıqlı münasibətlərin gündəliyindəki məsələlərin hamısına toxunuldu. İlk növbədə, energetika, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrə diqqət yetirildi. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalandı. Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq. Burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ayrıca qeyd etmək istərdim. Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik", - o qeyd edib.
Report