Burkina-Fasoda Fransa əleyhinə nümayiş keçirilib, qoşunların ölkədən çıxarılması tələb edilib


Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.

Bu barədə "leFaso" portalı məlumat yayıb.

Etirazçılar Fransanın Uaqaduqudakı səfirliyi qarşısında toplaşaraq, səfirin ölkədən getməsini tələb ediblər. Səfirliyin mühafizə bölməsi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Nümayiş, həmçinin Fransanın xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi Kambuandakı hərbi-hava bazası yaxınlığında keçirilib.

Xatırladaq ki, sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə Prezidenti vəzifəsindən uzaqlaşdırıb. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.

Oktyabrda terrorçu qruplara qarşı əməliyyatlarda iştirak edən 5 mindən çox Fransa əsgəri yerləşdirilib.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri