Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.

LIVE.az-ın məlumatına görə, bu barədə Report İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Z.Həsənov təşəkkür edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri