Türkiyə “Pəncə-Qılınc” əməliyyatı zamanı Suriya hava məkanına daxil olmayıb
- 20.11.2022, 15:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraq və Suriyada terrorçuların bazalarına endirilən zərbələr zamanı Suriya hava məkanına daxil olmayıb.
Bu barədə CNN Türk məlumat yayıb.
Qeyd olunub ki, “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox təyyarə və 20 pilotsuz təyyarənin iştirakı ilə həyata keçirilib.
Zərbələr PKK/KCK/YPG və digər terrorist qüvvələrinin sığınacaqlarına, bunkerlərinə, mağaralarına, tunellərinə və anbarlarına endirilib. Əməliyyata artilleriya bölmələri də cəlb olunub.
Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatda günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.
Report