Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- 20.11.2022, 21:44,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qətərdə futbol üzrə XXII dünya çempionatının açılış mərasimi keçirilib.
Live.az-ın məlumatına görə, "El-Bayt" stadionunda təşkil olunan tədbir ölkənin tarixindən bəhs edən video-çarxlar və dialoqlarla başlayıb.
Daha sonra arenada iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca isə musiqi proqramına start verilib.
Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.
Qeyd edək ki, DÇ-2022 bu gün Qətər və Ekvador arasında keçiriləcək açılış matçı ilə start götürəcək.