DÇ-2022: İngiltərə millisi İranı darmadağın edib



Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib.


İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda keçirilən görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2

Ingiltərənin qollarını 35-ci dəqiqədə Cud Bellingem , 43-cü dəqiqədə Bukayo Saka 46-ci dəqiqədə Rahim Sterlinq, 62-ci dəqiqədə Saka,  71-ci dəqiqədə Markus Reşford, 90-cı dəqiqədə Cek Qriliş vurublar.


İran millisindən qolları Mehdi Taremi 65-ci dəqiqədə və 90+13-cü dəqiqədə vurublar.


İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.


Qeyd edək ki, B qrupunun digər matçında ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri