Bakıda Orxan Zeynallının  konsertləri baş tutub

   



Bakıda Orxan Zeynallının  konsertləri baş tutub.


Live.az xəbər verir ki, 20 və 21 noyabr Orxan Zeynallının 6 ildən sonra 2 günlük  konserti baş tutub. Konsert “Elektra Events Hall"da keçirilib və iki günə konserti 7 minə yaxın insan izləyib.


6 il fasilədən sonra ABŞ-dan qayıdan reper Orxan Zeynallının 20 noyabr konsert biletləri 20 saat ərzində satılaraq Azərbaycan tarixində rekord qırıb.


"Biletləri ən sürətli satılan konsert" ünvanını alan "40-cı paralel"in ikinci günü də- 21 noyabr əlavə olunub.

Keçmiş HOST qrupunun AİD ləqəbli Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.

“6 il, 21 yeni mahnı, 7 yeni klipdən sonra nəhayət ki, gözlənilən gün gəldi çatdı. Mənim yaradıcılığım 2019-cu ildə “40-cı Paralel” mahnısı ilə “əvvəl” və “sonra”ya bölündü. Eyni adlı konsert isə ümid edirəm ki, həyatımın dönüş nöqtəsi olacaq. 15 illik musiqi karyeramın hesabatı. Bu yolda mənlə olan hər kəsə minnətdaram”, - deyə, Orxan qeyd edib.

Konsertdə Orxan Zeynallı 26 mahnı səsləndirib. Onların arasında- "Bir Hostçunun həyatı”, “Hisslər Danışanda”, “Hekayəm”, “40-cı Paralel” və s.
Canlı konsert zamanı ona müğənnilər Bahar, Tomris, Mərdan Kazımov, Röya Miriyeva və başqaları yoldaşlıq edib.
Anşlaqla keçən konsertə tamaşaçıların mahnıları reperlə birgə səsləndirməsi də damğa vurub.









 

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri