DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub


Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçına çıxıb.

Live.az-ın məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.



 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib.
Səudiyyə Ərəbistanı yığması  48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib və 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib.


Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar.


Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri