DÇ-2022: Yaponiya millisi Almaniya üzərində əzmkar qələbə qazanıb
- 23.11.2022, 20:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.
LIVE.az-ın məlumatına görə, turun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.
Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib.
Almaniya millisi ardıcıl ikinci dəfə dünya çempionatında açılış oyunlarını uduzub.
Qətərdəki dünya çempionatının E qrupunda Yaponiyaya 1:2 hesabı ilə məğlub olan Bundestim 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda isə Meksika ilə bacarmayıb - 0:1.
Bundan başqa, Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv dünya çempionatlarındakı son 4 matçından 3-dən məğlubiyyətlə ayrılıb. Rusiyadakı mundialda Meksika və Cənubi Koreya almaniyalılar bu aqibəti yaşadıb.
E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.
Qeyd edək ki, Almaniya millisi E qrupunda 2-ci oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.