Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri komandanının İrana səfərinin baş tutmaması ilə bağlı açıqlama yayıb

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin baş tutmaması ilə bağlı açıqlama yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin ləğv edilməsi ilə əlaqədar yayılan informasiyada qeyri-dəqiqliyə yol verilib: “Səfər sadəcə təxirə salınıb. Hazırda danışıqlar gedir, vaxt dəqiqləşəndən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutacaq”.

Qeyd edək ki, İran dövlət televiziyası səfərin Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edildiyi haqda məlumat yayıb.


_________________


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutmayıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edilib.

Ancaq nazirlik bununla bağlı heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Ş. Sultanov avqustun 18-də İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyarinin dəvəti ilə qonşu ölkəyə üçgünlük səfər etməli idi.

Səfərdə məqsəd İranla Azərbaycan arasında dənizdə əməkdaşlığı inkişaf etdirməkdi.

Ş. Sultanovun səfər çərçivəsində İran Hərbi-Dəniz Qüvvələrinin bazalarına baxış keçirməsi də planlaşdırılmışdı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri