“Agile Azərbaycan Birinci Beynəlxalq Sammit” baş tutub
- 25.11.2022, 23:53,
- İnformasiya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Agile Azərbaycan Birinci Beynəlxalq Sammit” baş tutub.
LIVE.az xəbər verir ki, 24 noyabr 2022-ci il tarixində SOCAR-ın maliyyə dəstəyi və Agile Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Beynəıxalq Muğam Mərkəzində Agile Azərbaycan Birinci Beynəlxalq Sammit keçirildi.
Regionda ilk Agile Sammit çərçivəsində bir çox ölkələrdən gələn dünya miqyaslı spikerlərlə yanaşı lokal spikerlər də iştirak etdilər.
Müxtəlif mövzularla çıxış edən Deyv Snouden, Martin Hinşelvud, Anxel Diaz-Maroto, Con Kolman, Suha Selçuk, Seçkin Karatas, Teymur Zeynalov auditoriyanın marağını cəlb etmişdilər.
Tədbir zamanı Təbriz Əmmayev, Səbinə Qurbanova, Nərminə Əliyeva və Nərminə Seyfullayeva "Agile - strateqiyadan implementasiyayadək" panel müzakirəsində fikirləri ilə iştirakçılarla bölüşdülər.
300 nəfərdən artıq iştirakçı qatıldığı tədbirin əsas mövzusu “Təşkilati çeviklik” idi (“Organizational Agility”).
Tədbir Agile Liderlik, Agile komandaları, Məhsul Sahibliyi və digər mövzuları əhatə edən çıxışlar iştirakçılar tərəfindən Agile fəlsəfənin dərindən mənimsənilməsi üçün imkanlar yaratdı.
Tədbirin təşkilatçısı: Nərminə Əliyeva, Agile Azərbaycan cəmiyyətinin lideri.