ABŞ və Almaniya müdafiə nazirləri Kiyevə yardımı və NATO-nun güclənməsini müzakirə ediblər
- 26.11.2022, 14:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə Almaniyanın müdafiə naziri Kristina Lambrext arasında telefon danışığı olub.
Bu barədə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayderin bəyanatında deyilir.
Onun sözlərinə görə, nazirlər Ukraynanı dəstəkləmək və NATO-nun şərq cinahında təhlükəsizliyi gücləndirmək üçün birgə səylərdən danışıblar.
Pentaqonun rəhbəri təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərməkdə Berlinin rolunu qeyd edib. ABŞ və Almaniyanın müdafiə rəhbərləri Ukraynaya yardım göstərmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün səylərin yaxından əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Report