Heydər Əliyev Beynəlxalq Aeroportunda kütləvi dava olub

Heydər Əliyev Beynəlxalq Aeroportunda kütləvi dava olub Heydər Əliyev Beynəlxalq Aeroportunda kütləvi dava olub.

Hava Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvan terminalında qeydə alınıb. Naxçıvan sakinləri arasında düşən davada 1 nəfər bıçaqlanıb. Ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində insident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır.

Hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri