Toivo Klaar: “Azərbaycan Prezidenti Aİ-nin nizamlanma formatına sadiqdir”
- 28.11.2022, 13:38,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin Aİ tərəfindən dəstəklənən nizamlanma formatına sadiqliyini ifadə edib".
Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərinin yekunlarına dair tviter səhifəsində yazıb.
"Ötən həftənin sonunda Azərbaycana baş tutmuş səfərin yekunlarına dair fikirlərim: Birincisi, Azərbaycan Prezidentinin Aİ-nin dəstəklədiyi formata sadiqliyi vacib əhəmiyyət kəsb edir. İkincisi, həll olunmamış məsələlər qalmaqdadır, gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradə tələb olunur”, - paylaşımda deyilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb.
Report