ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib


ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.

Bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra tviter hesabında yazıb.

Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb. “Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, - ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib.

Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri