Səfir: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas tərəfdaşıdır”




"Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən əsas tərəfdaşıdır".

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Azərbaycan bazarının təhlili 2022-2023" (Market Analysis Azerbaijan) nəşrinin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı infrastruktur işləri aparılır və Almaniya şirkətləri bu sahədə böyük təcrübəyə malikdir.

Səfir Azərbaycanın təkcə neft və qaza görə deyil, həm də ölkədə fəal şəkildə etdirilən bərpa olunan enerji mənbələrinə görə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

R.Horlemann əlavə edib ki, Almaniya Azərbaycan ilə ticarət və investisiya sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Xatırladaq ki, hesabata əsasən, sorğuda iştirak edən şirkətlərin 25 %-i Azərbaycan ilə əməkdaşlığa sadiqliklərini ifadə edib, 57 %-i isə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirib.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri