Deputat: “Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır”
- 03.12.2022, 14:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır”.
Bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bugünkü plenar iclasında çıxış edib.
“Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycan ərazisinə - Qarabağa silahlar gətirilir. Bunu edənlər kimdir? Erməni speratçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr var... Əslində onlar sülhməramlı deyil, onlar erməniyanlı, ermənipərəst qüvvələrdir. Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq. Mətbuatdan bəlli olur ki, İrandan dünən 14 nəfər şəxsiyyəti, əməli, niyyəti olan olmayan şəxslər gəlib Xankəndinə. Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?”
Report