Ağ ev sözçüsü: "ABŞ Cənubi Qafqazda dinc gələcəyi təmin etmək üçün tərəflərlə çox fəal işləyir"
- 03.12.2022, 15:18,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal işləyir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycanda arasnda iki dəfə üçtərəfli görüş keçirilib:
“Tərəflərlə telefon əlaqəsi də davam etdirilir”.
Ned Praysın sözlərinə görə, ABŞ iki ölkə arasında davamlı sülhə və problemin həllinə aparan diplomatiyanı dəstəkləyir:
“Ümid edirik ki, iki ölkə arasında dialoq konstruktiv atmosfer davam edəcək”.
Report