“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında 15 metr hündürlüyündə ikonik şam ağacı və Şaxta babanın “Möcüzə Evi”ni qurulub


Fəvvarələr meydanında açılmış “Soyuq əllər, isti ürək - 2022-2023” xeyriyyə yarmarkası davam edir. Festivalın açılış mərasimində xodulistlər, jonqlyorlar, müxtəlif nağılların qəhrəmanları, sevilən cizgi filmlərinin personajları, animatorlar, musiqiçilər uşaqdan tutmuş böyüyədək hər kəsi soyuq qış günündə sevindirib.

LIVE.az xəbər verir ki, xeyriyyə yarmarkası 2023-cü il yanvarın 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.

Coca-Cola Yeni İl bayramı ərəfəsində Bakıda ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır.

“Nargis Fund”un təşəbbüsü ilə həyata keçirilən yarmarkada Coca-Cola insanlara xoşbəxt əhval bağışlamaq üçün 15 metr hündürlüyündə ikonik şam ağacını və Şaxta babanın “Möcüzə Evi”ni qurub.

Coca-Cola şirkətinin Qafqaz və Orta Asiya regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola uzun illərdir, bütün dünyada insanlara Yeni İl bayramı sevincini bəxş edir:

“1920-ci ildən bəri Coca-Cola hər il Yeni İl bayramı üçün müxtəlif kampaniyalar keçirir, insanlara xoşbəxtlik bəxş edir. Coca-Colanın məşhur Yeni İl karvanı, reklam çarxları buna misaldır. Həmişəki kimi bu bayramda da birlikdəyik. Belə ki, Azərbaycanda həyata keçirdiyimiz kampaniyaların bir hissəsi olaraq “Soyuq əllər, isti ürək” yarmarkasının tərəfdaşıyıq. İnanırıq ki, bu il də insanlara unudulmaz bayram əhvalı bəxş edəcəyik”.

Qeyd edək ki, artıq 10-cu ildir ki, keçirilən yarmarkada əldə olunan vəsait xeyriyyə məqsədilə sərf olunur.

Xatırladaq ki, dünyanın ən sevilən içki brendi olan Coca-Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır. Coca-Cola Yeni İl bayramı ərəfəsində Azərbaycanda da “Əsl Möcüzə” şüarı ilə genişmiqyaslı kampaniyaya start verib. Birgə olmağın və bayramı birlikdə qeyd etməyin sehrinə inanan şirkət bayram ab-havasına möcüzəvi anlar qatır.

Builki xeyriyyə yarmarkası keçən illərdən müxtəlif yeniliklərlə fərqlənir. 2022-ci ildə “Nargis” Fondu və jurnalı 10 illik yubileylərini qeyd edirlər. Bununla əlaqədar olaraq yarmarka qonaqlarını çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir. Yarmarka 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalardan ibarətdir. Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, standartlardan kənar şəkillər çəkdirə və sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası kəşf edə bilərlər.

 

Şərhlər
Sosial bölməsinin xəbərləri