Sabirabad sakinindən narkotik vasitə və ov silahı götürülüb

Sabirabad rayon sakinindən xeyli miqdarda narkotik vasitə və tüfəng götürülüb.


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunan Sahib Abbasovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən , çəkisi 14 kiloqram olan 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


S. Abbasovun evinə baxış zamanı isə müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri