DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib olub



Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adı bəlli olub.

Live.az-ın məlumatına görə, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.

Oyunda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər.


17 dekbrda isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.

Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb.  Həmin finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.
Şərhlər
İdman bölməsinin xəbərləri