Səudiyyəli nazir: "Azərbaycanın yenidənqurma və bərpa işləri vasitəsilə sülh mərhələsinə keçidi uğurlu olacaq"


"Azərbaycanın yenidənqurma və bərpa işləri vasitəsilə sülh mərhələsinə keçidi uğurlu olacaq".

Bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Nazir qeyd edib ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəkləyib.

Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğulayıb.

Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq deyib: “Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq”.

Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri