“Naborot qızışıyor” sözü ilə məhşurlaşan keçmiş döyüşçü vəfat etdi

  


Ermənilərin Gəncəni raket atəşinə tutduğu günlərdə “TRT Haber” telekanalına müsahibə verərkən dediyi  “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə ölkədə məşhurlaşan Gəncə şəhər sakini, Taryel Şahverdiyev 60 yaşında dünyasını dəyişib.

LİVE.az Qafqazinfo-ya istinadla xəbər verir ki, T. Şahverdiyev gecə saatlarında ürək tutmasından həyatını itirib.

Məlumat üçün bildirək ki, mərhum Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. T.Şahverdiyev Bakıda Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq müharibəyə yollanıb.


Şərhlər
Sosial bölməsinin xəbərləri