Putin neftlə bağlı qiymət həddi müəyyən edənlərə yanacaq tədarükünə qadağa qoyub


Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.

Bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.

Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.

Prezident, həmçinin müqavilədə qiymət həddi mexanizmindən istifadə ediləcəyi təqdirdə neftin xarici alıcılara tədarükünü qadağan edib.

Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri