“Dönənlər” filmin təqdimatı baş tutub


“Dönənlər” filmin təqdimatı baş tutub

LIVE.az xəbər verir ki, 28 dekabr Nizami Kino Mərkəzində “Dönənlər” filminin təqdimatı baş tutub.

Gecədə filmin baş qəhrəmanları ilə yanaşı, digər sənət nümayəndələri də qatılıb.

Qeyd edək ki, “Perfect Strangers”in yerli adaptasiyası olan ekran işi 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda lentə alınıb. Ölkəmizdə bu formatda film ilk dəfədir ki, çəkilir.

Filmdə baş rolları Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova canlandırıb.

Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri