Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad ediləcək texnikaların siyahısı hazırlanacaq
- 30.12.2022, 15:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad ediləcək texnika və materialların siyahısı hazırlanacaq
Bu, Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.
Qanuna əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır.
Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.