Azərbaycanda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb
- 20.08.2013, 16:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabulda ağır yol qəzası olub.
Baş Dövlət Yol Polisindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, «Mitsubishi» markalı, 99 BG 677 dövlət nömrə nişanlı avtomobil bu gün Bakı-Qazax yolunun 120-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədov Qorxmaz Mail oğlu hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər – Xocalı rayon sakinləri, 1999-cu il təvəllüdlü Bədəlov Mahmud Sahib oğlu, 2009-cu il təvəllüdlü Əhmədov Vüqar Vüsal oğlu, 2013-cü il təvəllüdlü Əhmədov Elnur Vüsal oğlu, 1989-cu il təvəllüdlü Əhmədova Aytəkin Fərəc qızı, Gəncə şəhər sakinləri 1970-ci il təvəllüdlü Muğanlinski Əkbər Telman oğlu, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Murtuz oğlu, 1978-ci il təvəllüdlü Qəhrəmanova Gülçöhrə Fərəc qızı və 1981-ci il təvəllüdlü Bağırov Mikayıl Səməd oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər. Aytəkin Əhmədov və Mikayıl Bağırovun vəziyyətinin ağır olduğu bildirilir.