Zelenski: “ABŞ, Britaniya və Aİ Ukraynaya Rusiyaya qarşı mübarizədə dəstəyi davam etdirir”
- 07.01.2023, 14:00,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirir. Müttəfiqlərin köməyi getdikcə artır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O, qeyd edib ki, Ukrayna hakimiyyəti ölkənin gücünü və tərəfdaşları ilə müdafiə sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldıra bilib:
"Nəhayət, deyə bilərik ki, Ukraynanın gücünü və müdafiə qabiliyyətini tərəfdaşlarla əməkdaşlıqla yeni səviyyəyə qaldırmaq mümkün olub. Bu, bizə indi həqiqətən lazımdır".
Zelenski qeyd edib ki, indi Ukrayna ordusu daha çox silah, texnika və mərmiyə sahib olacaq.
“Müdafiə sistemləri bizi Rusiya Federasiyasının istənilən eskalasiya planlarına, terror dövlətinin bayram və ya gündəlik həyat olduğunu ayırd etmədən vuracağı zərbələrə daha çox hazırlaşdıracaq”, - Prezident əlavə edib.
Xatırladaq ki, yanvarın 6-da ABŞ Ukraynaya 3,075 milyard dollar məbləğində yeni rekord hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.
Report