Azərbaycan ötən il 3 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib


2022-ci ildə Azərbaycan 2 992 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Bu barədə mediaya İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 10,3% çoxdur.

Təkcə ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracının dəyəri 875,2 milyon ABŞ dolları təşkil edib ki, bu da III rüblə müqayisədə 32,8% çoxdur.

Təkcə dekabr ayında isə qeyri-neft məhsullarının ixracının dəyəri 303,5 milyon ABŞ dolları olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri