"Atropatena" QSC-yə silahlı basqın edən şəxslər tutuldular

"Atropatena" QSC-yə silahlı basqın edən şəxslər tutuldular 2012-ci ilin avqustunda "Atropatena" QSC-nin inzibati binasına silahlı basqın edərək oradan külli məbləğdə pul aparmış şəxslər tutulublar.


Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tahir Bağırov və Bərdə rayon sakini Elzamin Çərkəzov tutulublar.


Onlar 2012-ci il avqustun 31-də "Atropatena" QSC-nin inzibati binasına daxil olub oranın işçilərini tüfənglə hədələyərək 115.692 manat pulun aparılmasında ittiham edilirlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri