“Fitch Solutions” Azərbaycanda inflyasiyanın 9,5 %-ə enəcəyini proqnozlaşdırır


Azərbaycanda inflyasiyanın 2022-ci ildəki 13 %-dən, bu il 9,5%-ə qədər yavaşlayacağı gözlənilir.

Bu barədə “Fitch Solutions” reytinq agentliyinin hesabatında deyilir.

“Fitch Solutions” bildirib ki, qiymətlərə təzyiqlərin yüksək olaraq qalacağını nəzərə alaraq, 2023-cü ildə pul siyasətində hər-hansısa yumşalma gözləmirik, Azərbaycan Mərkzəi Bankının (AMB) uçot dərəcəsini 8,25 %-də sabit saxlayağını proqnozlaşdırırıq.

"Bundan başqa, xərclərin 52 %-ni təşkil edən şəxsi istehlakın ÜDM-nin əsas komponenti olaraq qalacağını gözləyirik. Şəxsi istehlakda 2022-ci ildəki 4,5 %-lik artımın ardınca bu il 3,5 % daha yavaş böyümə proqnozlaşdırırlır.

Pandemiyadan sonra artan tələbat şəxsi istehlakı 2022-ci ildə xüsusilə güclü artırsa da, bəzi məlumatlar bu sürətin yavaşlayacağını göstərir.

2021-ci ildə pandemiyadan sonrakı güclü bərpadan sonra, Azərbaycan Mərkəzi Bankının artan inflyasiya fonunda faiz siyasətini sərtləşdirməsi ilə əlaqədar ev təsərrüfatlarına verilən kredit artımı yavaşlamağa başlayıb", - hesabatda deyilir.




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri