Bernard Lippert: “Qarabağ” autsayderdir, amma sürpriz də istisna deyil”

“Qarabağ” “Ayntraxt”la görüşlərdə aşkar autsayderdir. Lakin sürpriz də istisna deyil”. APA-nın məlumatına görə, bu sözləri AFFA-nın texniki direktoru, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” göeüşü haqda fikirlərini açıqlayıb.

Lippert almaniyalı jurnalistlərə müsahibəsində vaxtilə çalışdığı Frankfurt təmsilçisini üstün durumda görür: “Zəif rəqiblə oynayanda, həmişə ehtiyatlı olmalısan. “Qarabağ” indi yaxşı formadadı. Avrokuboklarda 3 mərhələ keçib. Polşa və İsveç təmsilçilərini mübarizədən kənarlaşdırıb. Heyətində xeyli sayda milli üzvləri və 7-8 legioner var. “Qarabağ” öz meydanında “Ayntraxt”la qolsuz heç-heçəyə oynayacaq. Qələbə qazanmaq şanslarını isə çox aşağı sayıram”.

Qeyd edək ki, “Qarabağ”ın Almaniya təmsilçisi ilə ilk oyunu avqustun 22-də Bakıda keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri