Səfir: “Aİ sosial təminatın inkişafı sahəsində Azərbaycana bundan sonra da dəstək verəcək”
- 17.01.2023, 17:32,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Avropa İttifaqı (Aİ) sosial təminatın inkişafı sahəsində Azərbaycana bundan sonra da dəstək verəcək”.
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2” Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində deyib.
O xatırladıb ki, bu layihənin birinci mərhələsi 2017-2019-cu illərdə həyata keçirilib: “Bu layihə sosial təminat sahəsində əməkdaşlığımızın çoxsaylı nümunələrindən biridir. İndi bu, bizim üçün prioritet sahələrdən biridir. Aİ-nin bu sahədə təcrübəsini bölüşməkdən çox məmnunuq”.
P.Mixalkonun sözlərinə görə, dayanıqlı pensiya sistemi sosial sabitliyin təməllərindən biridir: “Bu layihənin həyata keçirilməsi sosial təminatın inkişafınını göstərir və bu məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyik”.
Report