Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 % artırıb
- 18.01.2023, 23:46,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 58 029,3 milyon ABŞ dolları təşkil edib.
Bunun 84,5 %-i və yaxud 49 033,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,5 %-i və yaxud 8 995,7 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 4 975,6 milyon ABŞ dolları və yaxud 9,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 647,2 milyon ABŞ dolları və yaxud 8 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 328,4 milyon ABŞ dolları və yaxud 17,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 928,8 milyon ABŞ dolları və yaxud 11,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 008,5 milyon ABŞ dolları və yaxud 8,9 %, AMB-nin valyuta ehtiyatları isə 1 920,3 milyon ABŞ dolları və yaxud 27,1 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
01.01.2023 | 49 033,6 | 8 995,7 | 58 029,3 |
01.10.2022 | 45 386,4 | 7 667,3 | 53 053,7 |
01.07.2022 | 45 306,8 | 7 371,9 | 52 678,7 |
01.04.2022 | 45 264,0 | 7 136,5 | 52 400,5 |
01.01.2022 | 45 025,1 | 7 075,4 | 52 100,5 |