Dünyanın ən məşhur parkuristi Rayan Doyl`un idman həyatının yeni macəralı və heyranedici səhifəsi Bakıda - dünyanın ən tez inkişaf etmiş şəhərlərindən birində açılır.
Live.az-ın verdiyi xəbərə görə, «Parkour Around The Globe» layihəsi çərçivəsində "dünyanın yeddi möcüzəsi"nin axtarışları zamanı dünya üzrə uzun səyahətlərdən sonra 28 yaşlı Britaniyalı idmançı, friran və parkur üzrə peşəkar Rayan Doyl xüsusi yer olaraq Bakını seçdi ki, mənəviyyat baxımından tamamilə fərqli səyahət etsin və tam başqa rakursda öz peşəkarlığını genişləndirsin.
Bakı təzadlar şəhəri kimi tanınır. Rayan bu faktdan faydalanmağa və rejissor qruppasıyla birgə, özünə məxsus şəkildə, fəlsəfə dolu həyata baxış və hisslərdən ibarət və tamamən fərqli, əvvəlki işlərin tam əksi olan yeni bənzərsiz formatda video çarx çəkməyə qərar verdi. Rayan deyir: “Mən tam fərqli bir şey etmək istədim - daha poetik və bədii; Bu videoda A nöqtəsindən B nöqtəsinə qədər qaçmaq deyil, əksinə ətraf mühit ilə rəqs etdim”.
Zaha Hadidin dizaynı ilə yaradılmış Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, İçəri Şəhərdə yerləşən Şirvanşahlar Sarayı, Neft buruqları, Opera və Balet teatrı, Mərkəzi Kitabxana, Filarmoniya qüllələri, Köhnə Bakı damları – bunlar Bakının bəzi tanınmış məkanlarıdır ki, Rayan unudulmaz səfəri zamanı bu yerlərdə öz unikal “flip” və “kürək” tullanmalarını edib.