Azərbaycan əhalisinin sayı açıqlanıb


Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə LIVE.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.


Ötən ilin yanvar-noyabrı ayında Azərbaycanda 3154 əkiz, 150 üçəm, 8 dördəm doğulub


Ötən ilin yanvar-noyabrı ayında Azərbaycanda 3154 əkiz, 150 üçəm, 8 dördəm doğulub.

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınmış və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olmuşdur. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.


Azərbaycanda ölüm səviyyəsi azalıb

 2022-ci ilin 11 ayında ölkə üzrə 55 681 ölüm halı qeydə alınıb.

Bununla da, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,6-dan 6,0-ya düşüb.
Şərhlər
Sosial bölməsinin xəbərləri