Azərbaycan "Trafigura Group"u ilə "yaşıl enerji" layihələri üzrə perspektivləri müzakirə edib


Azərbaycan və "Trafigura Group Pte Ltd" şirkəti arasında "yaşıl enerji" layihələri üzrə perspektivlər müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində "Trafigura Group Pte Ltd"nin sədri və baş icraçı direktoru Ceremi Veirlə "yaşıl enerji" layihələri üzrə perspektivlər, sənaye məhsullarının istehsalı və potensial sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri