“Yuventus”un xalları silinib, klub turnir cədvəlində 8 pillə geriləyib




Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.

Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi.
Şərhlər
İdman bölməsinin xəbərləri