Dani Alveş 12 il azadlıqdan məhrum edilə bilər

Cinsi təcavüzdə ittiham edilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 12 il müddətinə həbs oluna bilər.


 İspaniya qanunlarına əsasən, 40 yaşlı müdafiəçinin 4 ildən 12 ilədək azadlıqdan məhrum edilmək ehtimalı var.


Qeyd edək ki, Dani Alveş yanvarın 20-də Barselona şəhərində saxlanılıb.


Xatırladaq ki, “Barselona”nın keçmiş oyunçusu 2022-ci il dekabrın 30-da eyniadlı şəhərdə gecə klubunda gənc qadına qarşı cinsi qınamaya yol verməkdə ittiham olunur. Zərərçəkənin ifadəsinə görə, o, futbolçunun yanından uzaqlaşmağa müvəffəq olanda dostlarına və gecə klubunun mühafizəsinə məlumat verib, onlar isə Kataloniya polisinə müraciət ediblər.
Şərhlər
İdman bölməsinin xəbərləri