“Financial Times”: Avrozona 2023-cü ildə tənəzzüllə üzləşməyəcək
- 23.01.2023, 11:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avrozona 2023-cü ildə tənəzzüllə üzləşməyəcək, əksinə iqtisadiyyatı 0,1% artacaq.
Bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti Consensus Economics analitik şirkətinə istinadən məlumat yayıb.
Şirkətin iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, enerji qiymətlərinin aşağı salınması, Avropa hökumətlərinin dəstək tədbirləri və Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması qlobal iqtisadiyyatın böyüməsinə töhfə verəcək əsas amillər olacaq.
Nəşr xatırladıb ki, ekspertlər bir ay əvvəl Avrozonanın 2023-cü ildəki iqtisadi perspektivləri ilə bağlı pessimist idilər, lakin indi əvvəlki proqnozlarına yenidən baxıblar.
“Hargreaves Lansdown” investisiya şirkətinin analitiki Suzanna Striter bildirib ki, enerji böhranı təhlükəsi azalır və inflyasiya gözlənildiyindən daha sürətlə aşağı düşür.