Bakıda məşhur türk aktyorlarının iştirakı ilə “Sevda mecburi istikamet” adlı filmin qalası baş tutub




19 yanvar tarixində “Park Cinema Flame Towers”da həyata keçən premyerada ekran işinin baş rolları Selçuk Yöntem, Kubilay Aka və Selin Şekerci də iştirak edib.

LİVE.az xəbər verir ki, Selçuk Yöntem film haqqında danışıb: “Burda olduğumuz üçün, filmimizi sizinlə bölüşdüyümüz üçün çox xoşbəxtik. Filmdə insanları həm əyləndirəcək həm də hüzünləndirəcək məqamlar var, izlədikdən sonra nədən bəhs etdiyimi daha yaxşı anlayacaqsınız”.
Kubilay Aka isə Bakı haqqında təəsüratlarını bölüşüb: “Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi insanlarınızı çox sevdim. Həqiqətən də sanki, başqa ölkəyə yox, qonşu şəhərə gəlmişik”.

Bir tərəfi Azərbaycanlı olan aktrisa Selin Şekerci: “ Bizi yenə çox yaxşı qarşıladınız, bura hər gəldiyimdə özümü qonaq kimi deyil sizdən biri kimi hiss edirəm, buna görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm filmimizi də çox bəyənərsiniz” – deyə aktrisa qeyd edib.

Qala gecəsi Park Cinema kinoteatrı tərəfindən Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, “Sevda Mecburi İstikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. "Yeşilçam"ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və cütlüyün Suna adlı bir qızı olur. Həyatlarında hər şey yolunda getdiyi anda, Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.
















 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri