Zəngilan aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq - QƏRAR


Nazirlər Kabineti 10 sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri