Azərbaycanda logistika sahəsində olan problemlər açıqlanıb
- 27.01.2023, 15:50,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda logistika sahəsində ən böyük problem infrastruktur məsələləri ilə bağlıdır.
Bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Almaniyanın "Hellman Wordwide Logistics" şirkətinin Azərbaycandakı törəməsinin icraçı direktoru Kamran Həbibov bildirib.
"İnfrastruktur problemləri deyəndə, vaqon və avtomobil parklarında olan çatışmazlıqlar, eləcə də parkların köhnəliyi nəzərdə tutulur. Avtomobil parklarının yaşı çox olduğu üçün Avropa standartlarına cavab vermir və buna görə də Avropa ölkələri ilə işləmək alınmır. Ümid edirik, bu məsələlər həllini tapacaq. Onlarla bağlı bir neçə dövlət qurumuna müraciət etmişik. Bununla yanaşı, anbar sistemləri də kifayət qədər qənaətbəxş deyil. Azərbaycanda hələ də nəqliyyat ekspeditorunun fəaliyyətinə dair qanunvericilik bazası mövcud deyil. Kadr problemi də var. Bir neçə universitetdə logistika ilə bağlı fakültələr açılıb. Güman edirəm ki, həmin universitetlərin məzunları yaxşı mütəxəssis kimi yetişəcək və kadr sahəsində boşluq aradan qaldırılacaq", - deyə o qeyd edib.
Report