Röyanın möhtəşəm konserti baş tutub

 


Xalq artisti Röya Ayxanın üç ildir təxirə düşən konsertinin ilk günü 27 yanvar Bakı Kongress Mərkəzində baş tutub.

LIVE.az Life.az-a istinadla xəbər  verir ki, sənətçi səhnəsindən öncə jurnalistlərlə görüşüb və sualları cavablandırıb:

“3 il bundan əvvəl 80 min manat pul qazanacaqdım. Bu il isə mən heç nə qazanmıram və heç də təəssüflənmirəm. Çünki biz o pulların hamısını o qədər xərclədik ki, bu konserti edən şəxslərə, hər kəsə artıq borcum var. Sevinirəm ki, bu gün borcumu ödəmək mənə qismət oldu”.

Ranar Musayevlə iş birliyi edən Röya konsert hazırlığından da söz açıb:

“17 gün ərzində bir ilin işini görmüşük. Bir həftə ərzində Gülya Vekilova tərəfindən 25 kostyum hazırlanıb və onları bu gün geyinəcəyəm. Soyunub-geyinmək də elə səhnədə olacaq. Bilmirəm artıq nə edə bilərəm. Çox gözəl bir şou hazırladıq. Əminəm ki, sevəcəksiniz. Bu günlük məni bir az yola verin. Martda başqa bir həyəcanla görüşəcəyik”.

İntro videosu ilə diqqətçəkən Röya tamaşaçıları üçün 8 metr hündürlükdən enərək performans göstərib. “Nero” rəqs qrupunun müşayiəti ilə 3 saat ərzində lirik və hərəkətli hitlərini səsləndirən sənətçi “Səninəm”, “Bəlkə də”, “Sənə görə”, “Dəniz” kimi mahnılarını ifa edib.

“Dəli kimi” adlandırılan konsertdə Xalq artisti 25 kostyum dəyişib. Onun əsasən boz, ağ, gümüşü, qızılı və qara tonlarında seçdiyi libaslar hər mahnının mövzusuna uyğunlaşdırılıb.

Səhnə iki bölümdən: hərəkətli və hərəkətsiz hissədən ibarət olub. “Dəli kimi” dueti zamanı aktyor Nicat Rəhimov aşağı mərtəbədən masanın üstündə səhnəyə çıxıb.

Gəmi, pəncərə, taksofon, müxtəlif maketlərlə yanaşı diqqət çəkən digər məqam isə mərkəzin səhnəsinə avtomobilin çıxarılması olub. Röya “Afaki” mahnısı zamanı maşının üstündə canlı ifa səsləndirib.

Həmçinin, aparıcı Nəsib Nur da səhnəyə çıxaraq fasilələrdə konserti təqdim edib. Dijital və işıq effektlərinin bol olduğu konsertdə zalın arxa tərəfində əyləşən izləyicilər üçün də mini səhnə qurulub. Ayxan onlar üçün əsas səhnədən həmin bölümə keçib, daha sonra ikinci mərtəbəyə qalxıb.

Anşlaqla keçən gecənin sonuna yaxın o, Ceyhun Zeynalovla( Cin) “Bəzən” klipinin təqdimatını gerçəkləşdirib.

 “Bəzən” mahnının sözləri İkram Əliyeva, musiqisi Ruhin İsmayılova aiddir. Fərqli klipin rejissor və ssenari müəllifi Leyla Bağırlıdır, layihə rəhbəri isə “KEvents Group”dur.  

Konsertə musiqiçilər Türkiyədən gətirilib. Röyanı konsertdə 4 bek-vokal müşayiət edib. Müğənni konsertin sonunda səhnədən aşağı tullanaraq gözdən itib.

Konsertin təşkilatçıları -  “KEvenets Group” və “Peachline”.

Qeyd edək ki, konsert 28 və 29 yanvar Bakı Kongress Mərkəzində  davam edəcək.


Konsertən şəklləri oxucularımıza təqdim edirik. Fotonu böyütmək üçün klikləyin:
































Şərhlər
Şou-biznes bölməsinin xəbərləri