Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
- 29.01.2023, 14:38,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib.
Bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.
“Bu gündən (29 yanvar – Red) etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir” - deyə, məlumatda vurğulanıb.
Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat verib. Bu, Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl edilən COVID-19 üçün mənfi test sertifikatı təqdim etməyi və gəldikdən sonra PCR testi verməyi əmr etdikdən sonra baş verib.
Yaponiya hakimiyyəti bu tədbirləri dekabr ayında Çində koronavirusun yayılmasından sonra tətbiq edib.
Report