Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb
- 30.01.2023, 02:16,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.
Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə Təbrizdə Baş konsulluğumuz var, bu qərar konsulluğun qərarına şamil olunmur”, - nazir müavini vurğulayıb.
Report