Mövlud Çavuşoğlu: "Birtərəfli şərtləri nə Ukrayna, nə də Rusiya qəbul edər"

"Birtərəfli şərtləri nə Ukrayna, nə də Rusiya qəbul edər".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilk vaxtlardan vasitəçilik səylərini davam etdirir: “Taxıl sazişi”, Zaporojye AES-in təhlükəsizliyinin təmin olunması və s. buna misaldır: “Bunu Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində bacarmışıq. Ukraynada savaş davam edərkən həm də diplomatiya işləyir. Biz ilk vaxtdan Ukraynadakı müharibənin bitməsi üçün çalışırıq.

M.Çavuşoğlu bildirib ki, savaç uzandıqca proses daha mürəkkəbləşir: “Biz düşünürük ki, müharibənin qalibi olmayacaq. Biz ədalətli sülh üçün çalışırıq. Ədalətli sülh üçün müzakirələrin ən qısa vaxtda başlaması çox vacibdir. Türkiyənin səyləri davam etməsə, müharibənin miqyası genişlənə bilər".



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri