Zaqatalada 22 yaşlı qız zəhərlənib

Zaqatalada 22 yaşlı qız dərmandan zəhərlənib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, avqustun 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova Gözəl Ziyavəddin qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

G. Məmmədovaya ilkin yardım edilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, G. Məmmədova 30-dan çox həb qəbul edib.

Onun həbləri intihar məqsədilə qəbul edib-etmədiyi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olacaq.
Şərhlər
Hadisə bölməsinin xəbərləri